Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 iyul 2021)

Azərbaycanda son 24 saat ərzində 750 nəfər "Covid-19"a yoluxub, 134 nəfər sağalıb.

1681706
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (28 iyul 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 341933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddət ərzində isə ümumilikdə 4003650 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 81690 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44622, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4714039, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2731114, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1982925 təşkil edir.



Әlaqәli Xәbәrlәr