Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyul 2021)

Azərbaycanda son 24 saat ərzində 412 nəfər "Covid-19"a yoluxub, 125 nəfər sağalıb.

1679577
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 iyul 2021)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son 24 saat ərzində koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 785, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 501 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 634 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 882 972 təşkil edir.



Әlaqәli Xәbәrlәr