Türk Şurasının Baş katibi Şuşa Bəyannaməsinin imzalanmasını alqışlayıb

Bağdad Amrayev Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı bəyanat yayıb.

1659503
Türk Şurasının Baş katibi Şuşa Bəyannaməsinin imzalanmasını alqışlayıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amrayev Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı bəyanat yayıb.

Baş katib Türk dünyasının qədim mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını alqışladığını bildirib.

Şuşa Bəyannaməsində bütün Türk dünyasında mövcud olan həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir çox mühüm maddə olduğuna diqqət çəkən Amrayev deyib ki, bu baxımdan Şuşa Bəyannaməsi türklük şüuru ilə Türk dövlətləri arasındakı hərtərəfli iş birliyinin daha yüksək səviyyələrə necə qalxdığını göstərən nümunəvi bir sənəd kimi tarixə düşəcək. Bəyannamə yalnız iki ölkənin və xalqlarının mənafeyinə deyil, bütün Türk dünyasının mənafelərinə xidmət edəcək və bəyannamə təşkilat çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın ardıcıllığının təsdiqidir.

Türk Şurasının baş katibi onu da bildirib ki, Şuşa Bəyannaməsi regional sülh, sabitlik və rifah üçün güclü çağırışdır. Şuşa Bəyannaməsi bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələr vasitəsilə Cənubi Qafqazda yeni sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. 



Әlaqәli Xәbәrlәr