Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb.

1656681
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (12 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb, 61 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 335 min 126 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 398 nəfər müalicə olunaraq sağalıb, 4953 nəfər vəfat edib. Aktiv xəstə sayı 1775 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 615 min 110 test aparılıb. Bugünkü test sayı isə 8746-dır.

İyunun 12-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 40 min 844 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 471, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 373 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 742 min 867-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 783 min 506, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 959 min 361 nəfərdir.

 

 

 

 



Әlaqәli Xәbәrlәr