Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 iyun)

Azərbaycanda koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb.

1656373
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (11 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 287 nəfər müalicə olunaraq sağalıb, 73 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19"dan ölüm faktı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkədə 335 min 65 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 328 min 194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib. Aktiv xəstə sayı 1920 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 606 min 364 test aparılıb. Bugünkü test sayı isə 8515-dir.

İyunun 11-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 39 min 985 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 35 min 917, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4068 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 702 min 23-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 748 min 35, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 953 min 988 nəfərdir.



Әlaqәli Xәbәrlәr