Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyun)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1654838
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (9 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 239 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 334 min 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib. Aktiv xəstə sayı 2343 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 589 min 231 test aparılıb. Bugünkü test sayı isə 8158-dir.

İyunun 9-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 38 min 466 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 33 min 394, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 72 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 624 min 876-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 679 min 448, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 945 min 428 nəfərdir.



Әlaqәli Xәbәrlәr