Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoq İclası Bakıda başlayıb

Türkiyə-Azərbaycan 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası Bakıda öz işinə başlayıb.

1650919
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Hərbi Dialoq İclası Bakıda başlayıb

Türkiyə-Azərbaycan 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası Bakıda öz işinə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahının ikinci rəisi korgeneral Selçuk Bayraktaroğludur.



Әlaqәli Xәbәrlәr