Nəqliyyat və infrastruktur naziri Adil Karaismayiloğlu işğaldan azad edilmiş Füzuli rayonuna gedib

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayiloğlu işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb.

1648987
Nəqliyyat və infrastruktur naziri Adil Karaismayiloğlu işğaldan azad edilmiş Füzuli rayonuna gedib
Füzuli
Füzuli rayonu.jpg

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayiloğlu və Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Rəşad Nəbiyevin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb.

Nazirlər rayonda yol, nəqliyyat, rabitə və kimi infrastruktur sahələrində görülən işlərlə tanış olublar, nazir Karaismayiloğluna Horadiz-Ağbənd dəmiryolu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihələri, eləcə də Füzuli Beynəlxalq Hava Limanı layihəsi üzrə hazırda görülən və planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

İki dövlət arasında dostluq və qardaşlığın təməlinin dərin köklərə, ortaq mədəniyyətə söykəndiyini bildirən Adil Karaismailoğlu iki qardaş ölkə arasında rabitə-nəqliyyat sahəsində də əməkdaşlıq aparıldığını xüsusi vurğulayıb.

Nazir bildirib ki, qarşıdakı dövrdə də bu sahədə əməkdaşlıq davam etdiriləcək, bu məqsədlə yeni layihələr hazırlanıb.

Nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri işğaldan azad edilmiş Xocavənd rayonunun Böyük Tağlar kəndinə səfər ediblər.

Nazirlər ərazidən keçən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası ilə tanış olublar.

Füzuli şəhərini Şuşayla birləşdirəcək Əhmədbəyli-Füzuli-Şuşa yolunun böyük əhəmiyyətə malik olduğunu bildirən A. Karaismailoğlu bu yolun Qarabağın infrastrukturunun bərpasında əhəmiyyətli rol oynayacağını deyib.

Nazirlərə məlumat verilib ki, Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməlinin qoyduğu, Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan birinci texniki dərəcəli magistral avtomobil yolu çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun 86 kilometr təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq.



Әlaqәli Xәbәrlәr