Aİ XİN başçılarının Qəzzadakı vəziyyətlə bağlı videokonfrans formatında iclası keçiriləcək

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar fövqəladə iclası keçiriləcək.

1640107
Aİ XİN başçılarının Qəzzadakı vəziyyətlə bağlı videokonfrans formatında iclası keçiriləcək

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin Qəzza ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar fövqəladə iclası keçiriləcək.

XİN başçılarının iclası videokonfrans formatında keçiriləcək.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  sosial medaia hesabında bildirib.

“İsraillə Fələstin arasında davam edən gərginlik və mülki itkilərin sayının qəbuledilməz olduğunu nəzərə alaraq, mayın 18-də Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin fövqəladə iclasını çağırıram. Biz Aİ-nin mövcud zorakılığın sona çatmasına necə töhfə verə biləcəyini müzakirə edəcəyik”, - deyə Borrel vurğulayıb. 

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin 10 may bazar ertəsi günü yerli vaxtla saat 6-ya qədər işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cerrah məhəlləsini tərk etməsini istəyib.

İsrail polisi Əl-Əqsa məscidi və Şeyx Cərrahdan çıxmaması nəticəsində fələstinli müqavimət qrupları İsrailə çox sayda raket fırladıb.

Bunun qarşısında İsrail ordusu Qəzza zolağına qarşı "Divarların mühafizəsi" adlı hərbi əməliyyat başladıldığını elan edib.

 



Әlaqәli Xәbәrlәr