Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 may)

Azərbaycanda koronavirusa 1213 yeni yoluxma faktı qeydə alınıb.

1632059
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (1 may)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2104 nəfər müalicə olunaraq sağalıb, 1213 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 320 min 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 291 min 564 nəfər müalicə olunaraq sağalıb, 4538 nəfər vəfat edib. Aktiv xəstə sayı 24220 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 253 min 878 test aparılıb. Bugünkü test sayı isə 12692-dir.

Bu arada, mayın 1-də Azərbaycanda yeni koronavirus infeksiyasına qarşı 16 min 988 doza vaksin vurulub.

Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11597 nəfər olub.

Hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 505 min 206-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 971 min 523, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 533 min 683 nəfərdir.



Әlaqәli Xәbәrlәr