Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

1627725
Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınayıblar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Dövlət başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

Dövlət başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Dövlət başçıları Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.



Әlaqәli Xәbәrlәr