Mustafa Şentop ilə Sahibə Qafarova arasında telefon danışığı olub

Aprelin 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

1627726
Mustafa Şentop ilə Sahibə Qafarova arasında telefon danışığı olub

Aprelin 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

Yayılan məlumata görə, Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

Azərbaycan Milli Məclisinin sədri sözügedən bəyanatın tarixi xəta olduğunu və qəbuledilməz xarakter daşıdığını ifadə edib, bu xətadan tezliklə dönüləcəyinə ümidvar olduğunu dilə gətirib. Parlamentin spikeri son dövrlər region dövlətləri arasında sülh və hərtərəfli əməkdaşlıq üçün ümidlərin yarandığı və bu tip bəyanatların bu ümidlərin üstündən xətt çəkmək potensialı daşıdığını dilə gətirib.

Tarixin siyasiləşdirilməsinin çox təhlükəli bir meyl olduğunu ifadə edən Milli Məclisin sədri Azərbaycanın hər zaman qardaş Türkiyəni dəstəklədiyini vurğulayıb.

TBMM-nin sədri Mustafa Şentop da tutduğu mövqe və göstərdiyi dəstəyə görə həmkarı Sahibə Qafarovaya təşəkkür edib.

M. Şentop ABŞ Administrasiyasının atdığı bu addımın böyük bir səhv olduğunu və bu səhvin ən qısa müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Sonda Azərbaycan ilə Türkiyə arasında mövcud olan əməkdaşlıq və parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr