BMT Baş Assambleyasının sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

1617688
BMT Baş Assambleyasının sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb

BMT Baş Assambleyasının sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.

Volkan Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

Qeyd edək ki, Volkan Bozkır BMT Baş Assambleyasının sessiyasına sədrlik edən ilk türk diplomatdır.

 Volkan Bozkır Azərbaycana səfəri zamanı əvvəl Fəxri xiyabanını ziyarət edib.

Volkan Bozkır Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

Bozkır daha sonra Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərin ruhuna ehtiramını ifadə edib.

“Azərbaycan uğrunda canlarını fəda edən şəhidlərimizi hörmətlə yad edirik. Bu qardaş torpaqlarda rahat uyuyun”, - deyə Volkan Bozkır “Türk şəhidliyi”ndə söyləyib.

 



Әlaqәli Xәbәrlәr