Azәrbaycan prezidenti İlham Әliyev Şuşada Novruz tonqalını yandırıb

Azәrbaycan prezidenti İlham Әliyev Dağlıq Qarabağın incisi Şuşada Novruz tonqalını yandırıb.

1605055
Azәrbaycan prezidenti İlham Әliyev Şuşada Novruz tonqalını yandırıb
aliyev susa nevruz atesi1.jpg
aliyev susa nevruz atesi1.jpg

 

Azәrbaycan prezidenti İlham Әliyev Dağlıq Qarabağın incisi Şuşada Novruz tonqalını yandırıb.

Azәrbaycan Prezidenti İlham Әliyev, Azәrbaycanın Birinci vitse-prezidenti vә birinci xanımı Mehriban Әliyevә vә qızı Leyla Әliyeva ilә Şuşanın cәnubundakı Cıdır düzündә  Novruz tonqalını yandırdıqdan sonra xalqa müraciәt edib.

Novruz bayramını  bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә  azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”’’

 



Әlaqәli Xәbәrlәr