Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1603275

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Nümayəndə heyəti Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə də görüşüb.

Görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb. 

Әlaqәli Xәbәrlәr