Azәrbaycan Müdafiә Nazirliyi şәhid olmuş hәrbi qulluqçuların yenilәnmiş sıyahısını yayımladı

Azәrbaycan Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını yayımlayıb.

1594015

Yenilәnmiş siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumatlar yer alır.

Qeyd edәk ki, Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyatlar nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәndin işğaldan azad edilmәsi nәticәsindә Ermәnistan mәğlub olduğunu qәbul edәrәk işğal altındakı Laçın, Ağdam vә Kәlbәcәr rayonlarından çıxmışdı.

Ermәnistan ordusu 2020-ci ilin 20 noyabr tarixindә Ağdamdan, noyabrın 25-dә Kәlbәcәrdәn vә dekabrın 1-dә dә Laçından çıxmışdı.

Әlaqәli Xәbәrlәr