Xocalı soyqırımı ilə bağlı necə bir stategiya izlənilməlidir?

Professor Kərəm Qarabulud (Kerem Karabulut) Xocalı soyqırımı ilə bağlı tarixi faktları dilləndirərək fikirlərini TRT Azərbaycan saytı ilə paylaşdı (Azərbaycan və Türkiyə türkcələrində)

1587767
Xocalı soyqırımı ilə bağlı necə bir stategiya izlənilməlidir?

 

Xocalı soyqırımı ilə bağlı necə bir stategiya izlənilməlidir?

  Ərzurumda yerləşən Atatürk Universiteti İqtisadi və İnzibati Elmlər fakültəsinin müəllimi, əsli azərbaycanlı olan, nənə-babaları köçlərlə Türkiyəyə pənah gətirmiş, özü bu ölkədə dünyaya gəlmiş professor Kərəm Qarabulud (Kerem Karabulut) Xocalı soyqırımı ilə bağlı tarixi faktları dilləndirərək fikirlərini TRT Azərbaycan saytı ilə paylaşdı. (Azərbaycan və Türkiyə türkcələrində)

  Ermənistanın indiki torpaqlarda dövlət olması çox yenidir. 14 may 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Rusiya Qarabağ bölgəsinə erməniləri yerləşdirməyə başladı. 1815-ci il Viyana Konqresi (Şərq layihəsi) rusların isti dənizlərə enmə və digər dövlətlərin Şərqlə bağlı gözləmələri erməni məsələsinin başlanğıcı qəbul edilə bilər. 1828-ci ildə Rusiya və İran arasında Türkmənçay müqaviləsinin bağlanması və 1829-cu ildə Osmanlı dövlətinin razılaşma imzalamasıyla bölgəyə ermənilər gətirilir və onların ərazidə məskunlaşması artır. 1825-1830-cu illər arasında İrandan 40.000 və Osmanlı imperiyasından isə 80.000-dən çox erməni bölgəyə yerləşdirilir. Bütün bunlara baxmayaraq, 1830-cu il siyahıyaalınmasına görə, Qarabağ əhalisinin 90 faizə yaxını hələ Azərbaycan türklərindən ibarət idi. Bir müddət bu, belə davam edir. Amma 1940-1950-ci illər arasında 150.000 Azərbaycan türkü Rusiya tərəfindən köçə məruz qalır. Bu gün belə Ermənistan əhalisinin təxminən 2-2,5 milyon olduğu nəzərə alınsa, 150 min rəqəminin ötən əsrin 40-cı illərindəki əhəmiyyəti daha aydın görünür.

  1992-ci ilin 25 fevralını 26-sına bağlayan gecə Azərbaycanın Xocalı qəsəbəsində tək günahları türk və müsəlman olmaq olan 106-sı qadın, 83-ü uşaq olmaqla 613 insan amansızcasına qətl edildi.

  Xocalı soyqırımı keçmiş tarixli bir hadisə deyil, üzərindən cəmi 29 il keçib, yəni müasir dövrdə törədilmiş bir soyqırımdır. Bu hadisə zamanı Azərbaycan türkləri, ahıskalılar və orada yaşayan kürdlər də kütləvi şəkildə öldürüldü. Qətl edilən bütün şəhidlərimizin qarşısında hörmətlə baş əyir, “Ruhları şad olsun” deyir, erməniləri və erməniləri qızışdıranları lənətləyir və nifrətlə qınayıram.

  Məncə, Xocalı soyqırımı ilə bağlı aşağıdakı siyasətlər izlənilməlidir:

  • Bu cür soyqırımlar harada olursa olsun, türklərə qarşıdır. Ona görə də bu mövzu dünyanın hər guşəsindəki türklərin və haqqı müdafiə edənlərin gündəmində olmalı və bu soyqırımı törədənlərin mütləq cəzalandırılması üçün nə lazımdırsa, edilməlidir.
  • Xocalıda şəhid edilənlərin ailələrinə mütləq Ermənistan hökuməti təzminat ödəməlidir.
  • Xocalıya heç bir erməni ailəsinin yerləşdirilməsinə icazə verilməməlidir. Çünki Xocalı bir simvoldur artıq. Orada ermənilərin yaşaması hər gün o ağrının hiss edilməsi deməkdir.
  • Türkiyə Ermənistan addım atıb etdiklərinə görə üzr istəmədikcə əsla yaxınlaşma siyasəti izləməməli, böyük dövlət olduğunu göstərməlidir.  
  • Keçmişdə, İrəvan daxil olmaqla, bütün bölgənin türklərə aid olduğu torpaqlar və türk hakimiyyəti altında olan yerlər olduğunu nəzərə alaraq torpaq tələb etməli olan ölkə Türkiyə və Azərbaycan olmalıdır.
  • Türkiyə sərhəd qapılarını Ermənistanın Türkiyə və Azərbaycana qarşı etdiyi düşmənlik siyasətindən və əsassız iddialardan əl çəkməsi şərtilə açmalıdır. Uzun illərdir tətbiq olunan siyasət bu istiqaməti göstərir.
  • Qarabağ zəfəri Xocalıdakı 613 şəhidin qanı ilə 2020-ci ildəki 2783 şəhidin qanı ilə birləşərək əldə edilən bir nəticədir. Bu səbəbdən Xocalıda bir muzeylə 613 və 2783 şəhidin xatirələrini yaşadacaq iş başlanılmalı və bütün dünyaya göstərilməlidir.  
  • Türkiyə və Azərbaycan 1915-ci il hadisələrində haqlı və soyqırıma uğrayan tərəf olduqlarını təəssüf ki, dünyaya tanıtmaqda gecikmişlər. Bu mövzudakı işlər Türkiyədə 1975-ci ildən sonra artmışdır. Halbuki ermənilər günahkar olduqları halda özlərini zərər çəkmiş kimi dünyaya göstərməyə çalışmışlar. Ona görə də çox gecikilmədən Xocalıdakı soyqırım dünyaya bəyan edilməlidir.

 

   ****************************************************

Türkiye Türkçesinde

 

Hocalı soykırımı ile ilgili nasıl bir stateji izlenmeli?

 

Kerem Karabulut,

Atatürk Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Öğretim Üyesi

 

Ermenistan’ın şimdiki topraklarda devlet oluşu çok yenidir. 14 Mayıs 1805’te Kürekçay antlaşmasıyla Rusya Karabağ’a ve bölgeye Ermenileri yerleştirmeye başlıyor. 1815’teki Viyana Kongresi (Şark Projesi) Rusların sıcak denizlere inme ve diğer devletlerin de şark konusundaki beklentilerine bağlı olarak Ermeni meselesinin başlangıcı kabul edilebilir. Sonrasında 1828’de Rusya ile İran arasındaki Türkmençay antlaşmasının olması ve 1829’da da Osmanlının bu antlaşmayı imzalamasıyla bölgeye Ermeni yerleşimi artıyor. 1825-1830 yılları arasında 40.000 İran’dan ve 80.000’den fazla da Osmanlı İmparatorluğundan Ermeni bölgeye yerleşiyor. Tüm bunlara rağmen, 1830’da yapılan nüfus sayımına göre, Karabağ’ın nüfusunun % 90’a yakını Azerbaycan Türklerinden oluşmaktadır. Bu süreç daha sonra da devam ediyor. 1940-1950 yılları arasında 150.000 Azerbaycan Türkü Rusya tarafından Ermenistan’dan zorla göç ettiriliyor. Bugün bile Ermenistan’ın nüfusunun yaklaşık 2-2,5 milyon olduğu dikkate alınırsa, yüz elli bin rakamının 1940’lı yıllardaki önemi daha iyi anlaşılacaktır.

1992 yılının 25 Şubat’ını 26 şubata bağlayan gece Azerbaycan’ın  Hocalı kasabasında tek suçları Türk ve Müslüman olan 106’sı kadın, 83’ü çocuk toplam 613 kişi acımasızca katledilmiştir. Hocalı soykırımı tarihi bir olay değil, üzerinden sadece 29 yıl geçmiş, günümüzde yaşanmış bir soykırımdır.

Bu vahşette; Azerbaycan Türkleri, Ahıska Türkleri ve orada yaşayan Müslüman Kürtler toplu şekilde katledilmiştir. Bu vesileyle katledilen şehitlerimizin önünde saygıyla eğiliyor, Ruhları şad olsun diyorum ve Ermenileri ve Ermenileri azdıranları da Lanetliyor ve nefretle kınıyorum. Hocalı Soykırımı konusunda aşağıdaki politikaların önceliklendirilmesi yararlı olacaktır:

  • Bu tür soykırımların nerde olursa olsun Türkler karşısındadırlar. Bu nedenle, bu konunun da dünyanın her köşesindeki Türklerin ve hakkı savunanların gündeminde olması ve bu soykırımı gerçekleştirenlerin mutlaka cezalandırılması için ne gerekiyorsa yapılmalıdır.
  • Hocalı’da şehit edilenlerin ailelerine Ermenistan Devleti mutlaka tazminat ödemelidir.
  • Hocalı’ya hiçbir Ermeni ailenin yerleşmesine müsaade edilmemelidir. Çünkü Hocalı bir semboldür artık. Orda Ermeni ailelerin yaşaması her gün o acının hissedilmesi anlamına gelecektir.
  • Türkiye; Ermenistan’dan adım atılıp, yaptıklarından dolayı özür dilemedikçe asla yakınlaşma politikası izlememelidir ki, büyük devlet olmanın gereği de budur.
  • Geçmişte Erivan dahil tüm bölgenin Türklere ait topraklar ve Türklerin yönetiminde olan yerler olduğu düşünüldüğünde, toprak talep etmesi gereken ülke Türkiye ve Azerbaycan olmaktadır.
  • Türkiye sınır kapılarını Ermenistan’ın Türkiye ve Azerbaycan’a karşı yürüttüğü düşmanlık politikalarından ve asılsız iddialarından vazgeçmesi kaydıyla açmalıdır ki, uzun yıllardır uygulanan politikanın bu yönde olduğu bilinmektedir.
  • Karabağ Zaferi; Hocalı’daki 613 şehidin kanı, 2020 yılındaki 2783 şehidin kanı ile birleşerek elde edilen bir sonuçtur. Bu nedenle, Hocalı’da bir müze ile 613 ve 2783 şehidin anılarını yaşatacak çalışma başlatılmalı ve tüm dünyaya tanıtılmalıdır.
  • Türkiye ve Azerbaycan 1915 olaylarındaki haklı ve soykırıma uğrayan taraf olduklarını maalesef dünyaya tanıtmakta geç kalmışlardır. Bu konudaki çalışmalar 1975 sonrasında yoğunlaşmıştır. Oysa Ermeniler, 1920’lerden itibaren suçlu oldukları halde kendilerini mağdur gibi dünyaya göstermeye çalışmışlardır. Bu nedenle,  Geç kalınmadan Hocalı’daki soykırım dünyaya anlatılmalıdır.


Әlaqәli Xәbәrlәr