Diplomatik korpus nümayәndәlәri işğaldan azad edilәn әrazilәrdә olublar

Azәrbaycanda fәaliyyәt göstәrәn diplomatik korpus nümayәndәlәri işğaldan azad edilәn әrazilәrә sәfәr ediblәr.

1578640
Diplomatik korpus nümayәndәlәri işğaldan azad edilәn әrazilәrdә olublar

 

Azәrbaycanda fәaliyyәt göstәrәn diplomatik korpus nümayәndәlәri işğaldan azad edilәn әrazilәrә sәfәr ediblәr.

Mәlumata görә, diplomatik korpus nümayәndәlәri ermәni vәhşiliyinә mәruz qalmış әrazilәrә baxıblar.

Diplomatları Azәrbaycan Respublikası Prezidentinin  kömәkçisi-Prezident Adminisrtasiyasının xarici siyasәt mәsәlәlәri şöbәsinin müdiri Hikmәt Hacıyev müşayiәt edib.

Sәfәr çәrçivәsindә Türkiyәni sәfir Erkan Özoral tәmsil edib.

Sәfirlәr Cәbrayıl şәhәrindәki tarixi Xudafәrin körpüsündә dә olublar. Sәfirlәr hәmçinin şәhәrdәki qәbristanlığa da baş çәkiblәr.

Diplomatik korpus nümayәndәlәri daha sonra Zәngilan şәhәrinә  yola düşüblәr. Diplomatlar şәhәrdәki vәziyyәtlә yaxından tanış olublar.

Azәrbaycan Respublikası Prezidentinin  kömәkçisi-Prezident Adminisrtasiyasının xarici siyasәt mәsәlәlәri şöbәsinin müdiri Hikmәt Hacıyev işğal dövründә Ağdam, Cabyıl vә digәr şәhәrlәrdәki bütün tikililәrә ciddi ziyan dәydiyini vә diplomatların bunun şahidi olduğunu deyib.

Xatırladaq ki, diplomatlar ilk olaraq Ermәnistan qüvvәlәrinin hücumlarına mәruz qalmış Cocuq Mәrcanlı kәndindәki vәziyyәtlә tanış olmuşdular.



Әlaqәli Xәbәrlәr