Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 dekabr)

Azərbaycanda son 24 saat ərzində koronavirusdan sağalanlar yoluxanlardan çox olub, 45 nəfər vəfat edib

1548031
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 dekabr)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 3 min 962 yeni yoluxma faktı qeydə alınıb, 4 min 188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 195 min 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 min 252 nəfər müalicə olunaraq sağalıb, 2 min133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 min 37 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 305, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 31 min 308 test aparılıb.



Әlaqәli Xәbәrlәr