Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycanda vəzifəsinin icrasına başlayıb

"Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmancasına və fədakarlıqla Ermənistanın işğalından azad etdiyi Qarabağda mina və əl istehsalı partlayıcı maddələrin təmizlənməsi" fəaliyyətləri davam edir.

1546860
Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycanda vəzifəsinin icrasına başlayıb

Milli Müdafiə Nazirliyi  "Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmancasına və fədakarlıqla Ermənistanın işğalından azad etdiyi Qarabağda mina və əl istehsalı partlayıcı maddələrin təmizlənməsi" fəaliyyətlərinin davam etdiyini bildirib.

Milli Müdafiə Nazirliyi Ermənistanın işğalından azad edilmiş Qarabağdakı minalı ərazilərin təmizlənməsi üçün Türkiyə Quru Qüvvələrinin Xüsusi Mina Axtarma Təmizləmə qrupundan (ÖMAT) 136 nəfərin Azərbaycana gedərək vəzifələrinə başladığını açıqlayıb.
Nazirliyin saytında yer alan açıqlamada "Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmancasına və fədakarcasına Ermənistanın işğalından azad etdiyi Qarabağda mina və əl istehsalı partlayıcı maddələrin təmizlənməsi işləri davam edir" ifadəsi işlədilib. 
Açıqlamada Quru Qoşunları Komandanlığına bağlı ÖMAT qruplarında işləyən 136 personalın bölgədəki minaların təmizlənməsinə dəstək olmaq və Azərbaycan ordusuna təlim keçmək üçün Azərbaycanda vəzifəsinin icrasına başladığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr