Şimali Kıbrıs Türk Cumhuriyyəti ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verdi

Şimali Kıbrıs (Kipr) Türk Cumhuriyyəti (KKTC) Prezident Aparatı ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verdi.

1546471
Şimali Kıbrıs Türk Cumhuriyyəti ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verdi

Şimali Kıbrıs (Kipr) Türk Cumhuriyyəti (KKTC) Prezident Aparatı ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verdi.

Prezident Aparatının açıqlamasında "Türkiyə Cümhuriyyətinin S-400 hava hücumundan müdafiə sistemi almasını amil kimi göstərərək ABŞ-ın 14 dakebar 2020-ci il tarixində qəbul etdiyi əsassız sanksiyalarını təəssüflə qarşılayır və qınayır" ifadəsi yer alıb. 

Açıqlamada deyilib: "NATO-nun ən əhəmiyyətli üzvlərindən biri olan Türkiyəyə qarşı verilən qərar ittifaq münasibətlərinə uyğun deyil. ABŞ-ın 1974-cü ildə Kıbrıslı Türkləri kütləvi qətldən xilas edən Kıbrısdakı Türk Sülh Hərəkatını amil kimi göstərərək aldığı haqsız sanksiya qərarı hələ də yaddaşlardadır. ABŞ-ın Kıbrıs Rum İdarəsinə tətbiq etdiyi silah satış embarqosunu ləğv edərək Rum tərəfinin silahlanmasına səbəb ola biləcək talehsiz başqa qərar verməsi də xatırlanacaqdır".

Açıqlamada Türkiyənin suveren bir ölkə olaraq öz müdafiəsini gücləndirmə qərarı ABŞ-ın bu qərara hörmət etməsinın vacibliyi vurğulanıb.

Türkiyə əleyhinə qəbul edilən bu cür qərarların Türkiyədənin milli təhlükəsizliyi üçün lazımi tədbirlərin alınmasına dair qətiyyətinə  təsir etməyəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr