Yük qatarının Çin səyahəti başladı

Türkiyədən Çin Xalq Respublikasına ixrac məhsul daşıyan qatar Kocaeli şəhərinə çatıb.

1540456
Yük qatarının Çin səyahəti başladı

Bir gün əvvəl İstanbuldan mərasimlə yola salınan qatar Kartəpə rayonunda ki əməliyyatlardan sonra yenidən yoluna davam edib. Qatar 8 dekabrda Ankara-Sivas-Qars marşrutunu tamamlayaraq ölkə ərazilərindən ayrılaraq Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstandan sonra Çinin Xi'an şəhərinə çatacaq.

Qeyd edək ki, Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TRDD) Nəqliyyat A.Ş. və Pasifik Avrasiya əməkdaşlığı ilə Çinə hərəkət edən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçəcəkdir. Qatar, Türkiyədə 2 min 323 kilometr, Gürcüstanda 220 kilometr, Azərbaycanda 430 kilometr, Xəzər dənizində 420 kilometr, Qazaxıstan 3 min 200 kilometr və Çində 2100 kilometr olmaqla 8 min 693 kilometr yol qət edəcək.

 



Әlaqәli Xәbәrlәr