TÜRKSOY Azәrbaycana başsağlığı verdi

Bu barәdә Beynәlxalq Türk Mәdәniyyәti Tәşkilatının rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edilib.

1539213
TÜRKSOY Azәrbaycana başsağlığı verdi

 

Beynәlxalq Türk Mәdәniyyәti Tәşkilatı (TÜRKSOY) sentyabrın 27-dә başlayan vә noyabrın 10-da Ermәnistanın mәğlub olduğunu qәbul etdiyi müqavilә ilә sona çatan müharibә nәticәsindә şәhid olan 2 min 783 Azәrbaycan әsgәrinә Allahdan rәhmәt, qazilәrә şәfa, Azәrbaycana vә bütün Türk dünyasına başsağlığı dilәyib.

Bu barәdә Beynәlxalq Türk Mәdәniyyәti Tәşkilatının rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edilib.

Paylaşımda deyilir: ‘‘Türk Şurasına üzv olan qardaş Azәrbaycanın әrazi bütövlüyünü tәmin etmәk üçün apardığı haqlı mübarizәsindә vәtәn uğrunda şәhid olan 2 min 783 hәrbçilәrimizә  Allahdan rәhmәt, qazilәrimizә şәfa, Azәrbaycana vә Türk dünyasına başsağlığı dilәyirik’’.



Әlaqәli Xәbәrlәr