İlham Әliyev: ‘‘Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”

‘‘Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”.

1539553
İlham Әliyev: ‘‘Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”

 

 

‘‘Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”.

Bu barədə Prezident İlham Əliyev BMT Baş Assambleyasının ''Covid-19'' epidemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirib.

İlham Әliyev Azәrbaycanın BMT Baş katibinin yeni növ koronavirus epidemiyası dövründә qlobal atәşkәslә bağlı çağırışını dәstәklәdiyini ancaq Ermәnistanın bu çağırışlara riayәt etmәdiyini deyib.

İlham Әliyev bildirib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlayıb. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən şəhərlər 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır.

Azərbaycan Ordusunun Ermənistanın hərbi təxribatına layiqli cavab verdiyini, uğurlu əks-hücum əməliyyatına başlayaraq işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdiyini diqqətə çatdıran Azәrbaycan prezidenti İlham Әliyev deyib: ‘‘Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır”.



Әlaqәli Xәbәrlәr