Laçın rayonunda Azәrbaycan bayrağı ucaldıldı
Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Azәrbaycan әsgәrlәri 28 ildәn sonra Laçın rayonunun mәrkәzindә Azәrbaycan bayrağını ucaldıb.
Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.
İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan hərbçisi Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edib.
Mәruzәdә bildirilir: ‘‘Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".
Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәndi işğaldan azad etdikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf edәrәk işğal altındakı Ağdam, Kәlbәcәr vә Laçını boşaltmağı nәzәrdә tutan razılaşmanı imzalamışdı.
Xatırladaq ki, Ermәnistan ordusu noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә isә Kәlbәcәrdәn çıxmışdı.
Әlaqәli Xәbәrlәr

Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (15 yanvar)
Türkiyənin yeni növ koronavirus ilə mübarizəsində son 24 saatda 168 ölüm faktı qeydə alınıb.