Azәrbaycan Ordusunun bölmәlәri Laçına daxil oldu

Azәrbaycan Ordusunun bölmәlәri işğaldan azad edilәn Laçın rayonuna daxil olub.

1537157
Azәrbaycan Ordusunun bölmәlәri Laçına daxil oldu

 

Azәrbaycan Ordusunun bölmәlәri işğaldan azad edilәn Laçın rayonuna daxil olub.

Azərbaycan,  Rusiya vә  Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də yerli vaxtla saat 24.00-da  Laçın rayonuna daxil olub.

Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf edәrәk işğal altındakı Ağdam, Kәlbәcәr vә Laçını boşaltmağı nәzәrdә tutan razılaşmanı imzalamışdı.
Xatırladaq ki, Ermәnistan ordusu noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә isә Kәlbәcәrdәn çıxmışdı.


 

 



Әlaqәli Xәbәrlәr