Ermәnistan qüvvәlәrinә Laçından çıxması üçün verilәn müddәt bu gün sona çatır

Ermәnistana 1992-ci ildә işğal etdiyi Laçın rayonunu 28 ildәn sonra Azәrbaycana geri qaytarması üçün verilәn müddәt bu gün sona çatır.

1536833

Ermәnistan әldә olunan üçtәrәfli razılaşma çәrçivәsindә bu gün yerli vaxtla saat 24.00-dәk Laçın rayonunu Azәrbaycana qaytaracaq. Laçın rayonu Dağlıq Qarabağla Ermәnistan arasındakı yeganә yoldur. Laçın dəhlizi olaraq adlandırılan yol strateji әhәmiyyәtә malikdir. Bu sәbәbdәn Laçın dəhlizi I Qarabağ müharibәsi dövründә ermәnilәrin ilk hәdәfinә çevrilmişdi.

Ermәnistan qüvvәlәri  Xankәndi vә Şuşadan sonra may ayının 18-dә Laçın rayonunu işğal etmişdi. Azәbaycan Ordusu sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәndi işğaldan azad etdikdәn sonra Ermәnistan mәğlub olduğunu etiraf etmişdi.

Ermәnistan qüvvәlәri noyabrın 20-dә Ağdamdan, noyabrın 25-dә isә Kәlbәcәrdәn çıxmişdı.

Әlaqәli Xәbәrlәr