Azərbaycan hərbçiləri erməni mülki əhaliyə əşyalarını götürməyə şərait yaradır

Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

1533984
Azərbaycan hərbçiləri erməni mülki əhaliyə əşyalarını götürməyə şərait yaradır

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
Həmin çərçivədə Azərbaycan ərazilərində yaşayan erməni mülki əhali və əsgərlər bölgəni tərk etməyə davam edirlər.
Azərbaycan əsgərləri mülki əhalinin ərazini tərk etməsinə kömək edir.
Bu yaxınlarda ermənilərin tərt etdikləri evləri, ictimai binaları və meşələri yandırdıqları qeydə alınmışdı.
Buna baxmayaraq, Azərbaycan əsgərləri torpaqlarını vaxtında tərk edə bilməyən ermənilərə kömək edirlər.
Sosial mediada yer alan görüntülərdən birində Ağdam rayonunun Abdal Gülablı kəndindəki evlərini vaxtında tərk edə bilməyən bəzi erməni mülki şəxslərin Azərbaycan əsgərindən kömək istədikləri görülür.
Kadrlarda danışan Azərbaycan komandan qarşılaşdığı erməni mülki şəxslərə "İstəsəniz burada bir Azərbaycan vətəndaşı kimi qala bilərsiniz. İstəsəniz gedə bilərsiniz. Heç kim sizə pis davranmayacaq. Əvvəllər də sizə kömək etmişdik. Hörmətlə yola saldmışdıq" deyir.
Mülki ermənilər də komandanın dediklərini təsdiqləyir və ona təşəkkür edirlər.
Kadrlarda daha sonra azərbaycanlı əsgərlərin mikroavtobusda erməni mülki şəxslərin əşyalarını daşıdıqları görünür. 
Azərbaycan Ordusunun 27 sentyabrda başlayan Qarabağ əməliyyatında qazandığı uğur Ermənistanı 10 noyabrda atəşkəs imzalamağa məcbur etdi.
Erməni silahlı qüvvələri atəşkəsə uyğun olaraq 20 noyabr tarixinə qədər Ağdamdan geri çəkildi.
Ermənistan Azərbaycandan əlavə 10 günlük müddət götürərək 15 noyabrda tərk etməsi lazım olan Kəlbəcəri təxliyyə edə bilmədiyi üçün işğal etdiyi əraziləri 25 noyabrda boşaldacağı vədini verdi.
Ermənistan Laçını da 1 dekabra qədər Azərbaycana qaytaracaq.



Әlaqәli Xәbәrlәr