Əziz Sancar Gəncədə valideynlərini itirmiş Xədicənin gələcək təhsil xərcləri üçün yardım ayırıb
Əziz Sancar Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini bildirib.

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Azərbaycanın dövlət xəbər agentliyi (AZƏRTAC) məlumatına görə, Əziz Sancar Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 140 min 240-ı keçib.