Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi başa çatıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi prosesinin başa çatdığını bildirib.

1531664
Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi başa çatıb

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu sülhməramlı kontingentin Qarabağda yerləşdirilməsi prosesinin başa çatdığını bildirib.

Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Dağlıq Qarabağla bağlı məlumat verib.

O qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb və sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.

Şoyqu 10 noyabrda Dağlıq Qarabağdakı toqquşmaları sona çatdıran razılaşmanın əldə olunmasından sonra Rusiyadan 250 təyyarə səfərilə bölgəyə əsgər və təchizat göndərildiyini bildirib.

Sergey Şoyqu beləliklə 1960 əsgər, 552 vasitə və təchizatın müşahidə məntəqəsi qurulan 23 bölgəyə çatdırıldığını qeyd edib. 

Türkiyə ilə Rusiya arasında atəşkəsin izlənilməsi üçün birgə mərkəzin mövqeyi və vəzifəsi barədəki razılaşmaya dair də məlumat verən Şoyqu "Azərbaycan ərazilərində atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə mərkəzi qurulması ilə əlaqəli memorandum çərçivəsində Türkiyə tərəfilə birgə mərkəzin yeri və vəzifələri mövzusunda razılaşma tamamlanır" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr