Ordu Ağdama Azərbaycan Bayrağını sancıb

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib.

1531744
Ordu Ağdama Azərbaycan Bayrağını sancıb

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib.

Azərbaycan qoşunlarının bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda bölmələrin şəxsi heyəti və zirehli texnikasının ərazidə dislokasiya olunması üçün zəruri tədbirlər icra olunur.

İşğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib.

Ağdam şəhərindəki Cümə məscidi və ərazisi Azərbaycan hərbçiləri tərəfindən təmizlənib, məsciddə Azan oxunub və Cümə namazı qılınıb.

Digər tərəfdən, Milli Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 1993-cü ildən işğalı altında olan Ağdam rayonundan imçalanan atəşkəs qərarından sonra Azərbaycan Ordusunun rayona girməsi ilə bağlı bir video paylaşıb.
Paylaşmada "Qəhrəman Azərbaycan Ordusu şanlı aypara ulduzumuzu ərazisində Ağdamda qaldırdı. İllər sonra Azanın səsi Ağdamda eşidildi. Azərbaycan əsgərləri Ermənistan ordusunun yerləşdirdiyi minaları aşkar etməyə və məhv etməyə başlayıblar. Ağdam hər şeyilə təhlükəsiz olacaq." ifadələri yer alıb.



Әlaqәli Xәbәrlәr