Azәrbaycan Ordusunun bölmәlәri Ağdama daxil olub

Azәrbaycan Ordusunun bölmәlәri 27 ildir Ermәnistanın işğalı altında olan Ağdam rayonuna daxil olub.

1531065
Azәrbaycan Ordusunun bölmәlәri Ağdama daxil olub

 

Azәrbaycan Ordusunun bölmәlәri 27 ildir Ermәnistanın işğalı altında olan Ağdam rayonuna daxil olub.

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Qeyd edәk ki, Ağdam rayonunun 77%-i 1993-cü ildә Ermәnistan ordusu tәrәfindәn işğal edilmişdi. İşğal sәbәbindәn tәxminәn 200 min azәrbaycanlı yurd-yuvalarını tәrk etmәk mәcburiyyәtindә qalmışdı.

Xatırladaq ki, Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyat nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edilmişdi. Bu zәfәrdәn sonra mәğlub olduğunu etiraf edәn Ermәnistan Ağdam, Laçın vә Kәlbәcәrin boşaldılmasını nәzәrdә tutan müqavilәni imzalamışdı.



Әlaqәli Xәbәrlәr