Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 noyabr)

Azərbaycanda 1 395 yeni yoluxma faktı qeydə alınıb

1528709
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (16 noyabr)

Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 1 395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ölkədə son 24 saat ərzində sutkada 18 nəfərkoronavirusdan vəfat edib.

İndiyədək ümumilikdə 77 083 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20 343 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 137, ötən müddət ərzində isə ümumilikdə 1 523 221 test aparılıb.



Әlaqәli Xәbәrlәr