Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanı təbrik edib

Türk Şurasının baş katibi Bağdad AmreyevAzərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağdakı münaqişələrə son qoyan razılaşma münasibətilə təbrik edib.

1525811
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanı təbrik edib

Türk Şurasının baş katibi Bağdad Amreyev Azərbaycan ilə Ermənistan arasında Dağlıq Qarabağdakı münaqişələrə son qoyan razılaşma münasibətilə təbrik edib.
Amreyev yazılı açıqlamasında Azərbaycan və Ermənistan xalqlarının marağında olan bu sazişi alqışladığını bildirib.
Amreyev beynəlxalq hüquq normalarına və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində əldə etdiyi tarixi nailiyyətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini təqdim edib.
Baş katib Amreyev "Razılaşma münaqişənin nəticələrinin aradan qaldırılmasında, ölkə daxilində didərgin edilmiş xalqın və qaçqınların Dağlıq Qarabağ torpaqlarına və Azərbaycanın 7 vilayət ərazilərinə yenidən yerləşdirilməsində, həmçinin bütün nəqliyyat və kommunikasiya maneələrinin aradan qaldırılması və bu bölgədəki və Cənubi Qafqazdakı bütün ölkələr arasında əlaqələrin artırılması üçün əsas şərtlərin yaradılmasında, uzunmüddətli sülh və rifahın təmin edilməsində böyük əhəmiyyət daşıyır" deyib.
Amreyev Azərbaycanın haqlı qələbəsinin Türk Şurası daxilində möhkəm əlaqələrə yeni təkan verəcəyini və bunun Türk dünyasındakı inteqrasiya proseslərinə, birlik və həmrəyliyin inkişafına kömək edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr