Hulusi Akar: "Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi"

Azərbaycanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akar və komandanlar Azərbaycan ordusunun öz torpaqlarının işğalından azad edilməsi üçün Müdafiə Nazirliyində təşkil edilən mərasimdə iştirak ediblər.

1525676
Hulusi Akar: "Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi"
akar.jpg

Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi.
Bunu Milli Müdafiə naziri Hulusi Akar noyabrın 11-də Quru Qoşunları komandanı general Ümit Dündar və Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz ilə getdiyi Azərbaycanın paytaxtı Bakıda deyib. Heyət Azərbaycanın Müdafiə naziri general Zakir Həsənov tərəfindən qarşılanıb.
Hulusi Akar və komandanlar Azərbaycan ordusunun öz torpaqlarının işğalından azad edilməsi üçün Nazirlikdə təşkil edilən mərasimdə iştirak ediblər.

Milli Müdafiə naziri Hulusi Akar mərasimdə etdiyi çıxışına bu sözlərlə başlayıb, “Bütün dostlar və qardaşlarımı öz və Türkiyə Silahlı Qüvvələri, Türkiyə Müdafiə Nazirliyi adından səmimi-qəlbdən təbrik edirəm”.

Nazir deyib ki, bıçaq sümüyə dirənmişdi. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün əks-hərəkata başladı. Bu hərəkat bəlli bir nöqtəyədək gəldi və nəticə əldə olundu. Gerçəkdən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə edibsiniz. Bu 44 günlük hərəkat bitdi, amma bunun 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, burada biz Azərbaycan Ordusunun gücünü gördük. Bakıdakı qələbə sevincini gördük, ancaq unutmayın ki, eynisi Ankarada da, İstanbulda da, İzmirdə də var idi. Bu bizim qardaşlığımızın, bir millət olmamızın göstəricisi idi. Bu cür hərəkatlar, bu cür nailiyyətlərdə ən böyük uğur şəhidlər və qazilərimizə aiddir. Bu uğur üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyirəm. Yaralılarımız var, onlara da şəfa diləyirəm. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan! Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!...

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da “Azərbaycan xalqı 30 il bu qələbə həsrətilə yaşayırdı. Gördük ki, Azərbaycan xalqı bizi dəstəkləyir, ordusunu sevir, ordusuna dayaq olur. Biz gördük ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda canından keçməyə hazırdır və Vətən uğrunda canından keçd. Türkiyəyə bu prosesdəki dəstəyinə görə də təşəkkür edirik” deyib.



Әlaqәli Xәbәrlәr