Vladimir Putin: "Atəşkəsin uzunmüddətli sülhə gətirib çıxaracağına ümid edirəm"

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs elan edilməsini məmnuniyyətlə qarşıladıqlarını bildirib.

1525275
Vladimir Putin: "Atəşkəsin uzunmüddətli sülhə gətirib çıxaracağına ümid edirəm"

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda atəşkəs elan edilməsini məmnuniyyətlə qarşıladıqlarını bildirib.
"Ümid edirəm atdığımız bu son addımlar Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülhə gətirib çıxaracaq" deyə Vladimir Putin qeyd edib.
Şanxay Əməkdaşlıq Təşkilatı liderlərinin sammitinə video konfrans vasitəsi ilə qatılan V. Putin və dünən gecə Azərbaycan ilə Ermənistan arasında əldə olunan atəşkəs qərarına toxunaraq Qarabağda baş verənləri "faciə" olaraq xarakterizə edib.
"Qan tökülməsini dayandırmaq üçün razılığa gəldiyimizi böyük məmnuniyyətlə bildirmək istəyirəm. Ümid edirəm atdığımız bu son addımlar Azərbaycan və Ermənistan xalqları üçün uzunmüddətli sülhə gətirib çıxaracaq" deyə Putin vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan noyabrın 10-u gecə Türkiyə vaxtı ilə saat 00.00-dan etibarən atəşkəs üçün bəyanat imzaladılar.
Bəyanata əsasən, Azərbaycan və Ermənistan nəzarət etdikləri mövqelərdə qalacaqlar və Ermənistan işğal altındakı Laçın, Kəlbəcər və Ağdam şəhərlərini ayın sonuna qədər boşaltacaq.
Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini nəzərdə tutan razılaşma çərçivəsində Türkiyə və Rusiya əsgərlərinin daxil olacağı  nəzarət mərkəzi də yaradılacaqdır.



Әlaqәli Xәbәrlәr