Dağlıq Qarabağ münaqişəsinə dair imzalanan razılaşma dünya mediasında

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə dair imzalanan razılaşma çərçivəsində elan olunan atəşkəs dünya mediasında geniş əks edib.

1525294
Dağlıq Qarabağ münaqişəsinə dair imzalanan razılaşma dünya mediasında

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə dair imzalanan razılaşma çərçivəsində elan olunan atəşkəs dünya mediasında geniş əks edib.
ABŞ dərc olunans "New York Times" qəzeti, "Hərbi məğlubiyyətlə üzləşən Ermənistan Dağlıq Qarabağdakı atəşkəs razılaşmasını qəbul etdi" başlığı ilə xəbəri oxuçularına çatdırıb.
"CNN International", Ermənistanın razılaşmanı imzalamaq məcburiyyətində qaldığını bildirib.
"Wall Street Journal" qəzeti, Azərbaycan Prezidenti İlham Əliyevin "Bu razılaşma Ermənistanın hərbi məğlubiyyəti deməkdir" ifadələrini çatdırıb.
"BBC", Ermənistan Baş naziri Nikol Paşinyanın razılaşmanı imzalamaq məcburiyyətində qaldığını vurğulayıb.
"Reuters" xəbər agentliyi də bu xəbəri “Ermənistan, Azərbaycan və Rusiya Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün bir müqavilə imzaladı” başlığı ilə çatdırıb.
"Daily Telegraph" isə, Əliyevin Paşinyana ünvanladığı müraciətdə "Biz onu bu sənədi imzalamağa məcbur etdik. Bu əslində təslim olmaqdır" ifadələrini əks etdirib.
"France 24" (Fransa), Azərbaycanın münaqişəli olan ərazini geri qaytarmaq uğrunda apardığı mübarizədə bir sıra qələbələrdən sonra Ermənistan və Azərbaycanın həftələrdir davam edən şiddətli qarşıdurmaya son qoymaq üçün Rusiya ilə razılıq əldə etdiyini bildirib. "Deutsche Welle", xəbəri "Ermənistan, Rusiya, Azərbaycan Qarabağ müharibəsinə son qoymaq üçün bir müqavilə imzaladı" başlığı ilə paylaşıb.
Çinin "Xinhua" xəbər agentliyi məlumatı "Rusiya, Azərbaycan və Ermənistan Qarabağda atəşkəsə nail oldu" başlığı ilə çatdırıb.
Çin Mərkəzi Televiziyası "CCTV" isə, Qarabağda 10 noyabrdan bəri tamamilə atəşkəs elan edildiyini bildirib.
"People's Daily" qəzeti isə xəbəri "Rusiya, Ermənistan və Azərbaycan Qarabağdakı hərbi əməliyyatların dayandırıldığını elan edən ortaq bəyannamə imzaladılar" başlığı ilə oxucularına çatdırıb. 



Әlaqәli Xәbәrlәr