İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd məntəqələrində dövlət bayrağı dalğalanır

Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisədir.

1524240
İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd məntəqələrində dövlət bayrağı dalğalanır
azerbaycan zengilan bayrak1.jpg
azerbaycan zengilan bayrak.jpg

Ermənistanın işğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki “Məmmədbəyli”, “Şərifan”, “Muğanlı”, “Tiri” və “Mincivan” sərhəd zastavaları üzərində 9 noyabr - Bayraq Günündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

Mərasimdə bildirilib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisə olub və hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Zabit Aftandil Abbasov jurnalistlərə açıqlamasında deyib ki, bu hiss unudulmayacaq bir hissdir. Çünki bizim arzularımız torpaqlarımızı tezliklə işğaldan azad edilməsi istiqamətində olub. Biz Müzəffər Ali Baş Komandanın əmrini gözləmişik və bu əmr verildikdən sonra var gücümüzlə bu torpaqların azad olunması istiqamətində verilən tapşırıqları yerinə yetirmişik. Şükürlər olsun ki, bu günlər torpaqlarımız işğaldan azad olunub və bu ərazilər artıq Azərbaycan sərhədçilərinin mühafizəsi və müdafiəsindədir. Azərbaycan Şuşada bayrağı sancıb, Şuşa işğaldan azad olunub. Bu torpaqların azad olunması bizə sevincdən başqa bir hiss gətirmir. Bu, əbədi bir sevincdir. Azərbaycan və qardaş Türkiyə xalqına salamlarımızı çatdırırıq. Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycan xalqı ilə birlikdə sevincimizi yaşayacağıq.



Әlaqәli Xәbәrlәr