Atəşkəsi pozan ermənilərin hərbi yük avtomobilləri məhv edilib və sıradan çıxarılıb
Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Azәrbaycan ordusu cәbhәnin müxtәlif istiqamәtlәrindә gecә әrzindә Azәrbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutan Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirib.
Bu barәdә Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.
Məlumata görə, döyüş əməliyyatları cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olub. Azәrbaycan qoşunlarının әmәliyyat şәraitinә nәzarәt etdiyi bildirilib.
Mәlumatda hәmçinin Ermәnistan ordusunun atәşkәsi pozduğu, Ermәnistan әrazilәrindәn Tovuz, Gәdәbәy vә Daşkәsәn şәhәrlәrindәki Azәrbaycan mövqelәrinә atәş açıldığı vurğulanıb.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (20 yanvar)
Azərbaycanda "Covid-19"-a 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər sağalıb.

Türkiyədə peyvənd olunanların sayı bir milyonu keçib
Türkiyədə yanvarın 14-dən başladılan əhalinin peyvəndlənməsi prosesi davam edir.