Ermənistan tərəfindən suriyalı ermənilərin Zəngilan ərazisinə köçürülməsinə dair sənədlər aşkarlanıb

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

1523482

Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. 

Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.

Qeyd edək ki, Azərbaycan Ordusu 23 ildir işğal altında olan Zəngilan rayonun mərkəzini oktyabrın 20-də azad etmişdi.

Әlaqәli Xәbәrlәr