BMT: Dağlıq Qarabağda mülki vətəndaşlara edilən hücumlar hərbi cinayət ola bilər

BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle Dağlıq Qarabağda mülki vətəndaşlara edilən hücumların hərbi cinayət ola biləcəyi barədə xəbərdarlıq edib.

1520551
BMT: Dağlıq Qarabağda mülki vətəndaşlara edilən hücumlar hərbi cinayət ola bilər

BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle Dağlıq Qarabağda mülki vətəndaşlara edilən hücumların hərbi cinayət ola biləcəyi barədə xəbərdarlıq edib.
Başle mülki şəxslərə edilən hücumlarla bağlı yazılı açıqlama verib.
Dağlıq Qarabağ münaqişəsi zonasında və ətrafında əhalisi sıx olan bölgələrə qarşı ayrı-seçkilik qoymadan həyata keçirilən hücumların beynəlxalq humanitar hüquqa zidd olduğunu bildirən Başle bu hücumların müharibə cinayətləri təşkil edə biləcəyini bildirib.
Başle açıqlamasında deyib: "Ayrı-seçkilik və ya mütənasiblik prinsipinin pozulması ilə həyata keçirilən bu hücumlar müharibə cinayətlərini təşkil edə bilər və münaqişə tərəfləri bu cür pozuntuları təsirli, sürətli, hərtərəfli və qərəzsiz araşdırmaq və törətdikləri iddia edilənləri mühakimə etmək məcburiyyətindədirlər. Bu cür hücumlar dayandırılmalı və onların həyata keçirilməsinə və göstəriş verilməsinə görə məsuliyyət daşınmalıdır".
Başlenin açıqlamasında Azərbaycanın Gəncə, Tərtər və Bərdə kimi yaşayış məntəqələrində mülki şəxslərə qarşı erməni hücumlarını qınamaması diqqət çəkib.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu 27 sentyabr - 29 oktyabr tarixləri arasında Ermənistanın yaşayış məntəqələrinə edilən hücumlarda 91 mülki şəxsin öldüyünü və 329 nəfərin yaralandığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr