Ordu şəhərində Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib

Azaflı Sosial Yardım və Kültür Dərnəyi noyabrın 1-də Türkiyənin Ordu şəhərində işğalçı Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terror aktlarına etiraz olaraq avtoyürüş keçirilib.

1520244
Ordu şəhərində Gəncə və Bərdə terroruna etiraz olaraq avtoyürüş keçirilib
Ordu-2.jpg

Azaflı Sosial Yardım və Kültür Dərnəyi tərəfindən paytaxt Ankaradan sonra Ordu şəhərində də erməni terroruna qarşı avtoyürüş keçirilib.
1 noyabr 2020 tarixində Türkiyənin Ordu şəhərində tanınmış Vəkil Arzuman Azaflının qurucusu olduğu, Azaflı Sosial Yardım və Kültür Dərnəyinin təşkilatçılığı ilə avtoyürüş təşkil edilib.

Dərnəyin təşkilatçılığı ilə Türkiyənin Ordu şəhərində toplaşan vətəndaşlar aksiyaya Türkiyə və Azərbaycan bayraqları ilə qatıldılar. Azaflı Sosial Yardım və Kültür Dərnəyi adına erməni terrorunu qınama mətnini əvvəlcə Mehtap Öztürk səsləndirmiş, Ermənistanın Gəncə başda olmaqla, Tərtər, Bərdə kimi şəhərlərində Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarını pisləmiş və Azaflı Sosial Yardım və Kültür Dərnəyinin dünya ictimaiyyətinə açıqlamasını diqqətə çatdırmışdır.

Dünya ictimaiyyətinin gözləri önündə baş verən hadisələrə səssiz qalmağın da cinayət olduğunu qeyd edərək, baş vermiş terrora dünya birliyi tərəfindən biganə yanaşıldığı, Ermənistanın cəzasız qaldığını bildirmişdir. Sonrasında Türkiyənin Milli Marşı və Azərbaycan Himni səsləndirilərək, 50 avtomobildən ibarət olan yürüş Ordu şəhəri daxilində polislərin də iştirakı ilə yürüşə başlayıb.

Aksiyanın sonunda Azaflı Sosial Yardım və Kültür Dərnəyinin dünya ictimaiyyətinə ünvanladığı bəyanat iştirakçılara təqdim edilib.



Әlaqәli Xәbәrlәr