Azәrbaycan ordusu Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirib

Azәrbaycan ordusu atәşkәsә rәğmәn cәbhәnin müxtәli istiqamәtlәrindә gecә boyunca Azәrbaycan әsgәrlәrinә vә yaşayış mәntәqәlәrinә atәş açan Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirib.

1519183

Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, qarşıdurmalar Ağdәrә, Xocavәnd vә Qubadlı istiqamәtindә davam edib.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Mәlumatda qeyd olunub ki, Azәrbaycan ordusu hazırda əməliyyat şəraitinə nəzarət edir.

Mәlumatda hәmçinin Ermәnistan ordusunun sәhәr saatlarından etibarәn Tәrtәr, Ağdam vә Ağcabәdi qәsәbәlәrinә hücum etdiyi vurğulanıb.

Әlaqәli Xәbәrlәr