Hikmət Hacıyev: "Erməni əsgərlərin meyitləri və Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib"

Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.

1518132
Hikmət Hacıyev: "Erməni əsgərlərin meyitləri və Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib"

Erməni əsgərlərin meyitlərinin bir qismi və iki nəfər yaşlı Ermənistan vətəndaşı qarşı tərəfə təhvil verilib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycanın oktyabrın 18-dən belə bir təşəbbüs irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi bu təşəbbüsə cavab verməyib: “ Bu gün isə bu proses baş tutdu, 30 erməni meyiti və yaşlı ermənilərdən biri Ermənistan tərəfinə təhvil verildi. Ermənistan-Azərbaycan sərhədinin Tovuz-Qazax istiqamətində humanitar koridor yaradıldı və meyitlər, yaşlı şəxs təhvil verildi”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan humanitar koridorun yaradılması və humanitar təşəbbüsün icrasında göstərdiyi dəstəyə görə, Rusiya Müdafiə Nazirliyinə və şəxsən müdafiə naziri Sergey Şoyquya öz təşəkkürünü bildirir: “Həmçinin, bu əlaqələndirmənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə, Beynəxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Bu bir daha Azərbaycanın beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarına sadiqliyinin sübutudur”.



Әlaqәli Xәbәrlәr