Azәrbaycan ordusu Ermәnistana ağır zәrbәlәr endirib
Azәrbaycan ordusu atәşkәsә rәğmәn cәbhәnin müxtәlif istiqamәtlәrindә gecә әrzindә Azәrbaycan әsgәrlәrinә vә yaşayış mәntәqәlәrinә atәş açan Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirib.
1517934

Azәrbaycan ordusu atәşkәsә rәğmәn cәbhәnin müxtәlif istiqamәtlәrindә gecә әrzindә Azәrbaycan әsgәrlәrinә vә yaşayış mәntәqәlәrinә atәş açan Ermәnistan qüvvәlәrinә ağır zәrbәlәr endirib.
Azәrbaycan Müdafiә Nazirliyindәn verilәn bәyanatda qarşıdurmaların Xocavәnd, Füzuli vә Qubadlı istiqamәtindә davam etdiyi bildirilib.
Cәbhәnin müxtәlif bölgәlәrindәn Ermәistana aid 2 T-72 tankı, 2 Qrad raket sistemi, 14 fәrqli növdә top mәrmisi, bir neçә polis mәntәqәsi vә 6 avtomobilin mәhv edildiyi vә çox sayda hәrbi personalın zәrәsizlәşdirildiyi bildirilib.
Nazirlik hәmçinin Ermәnistan ordusunun bәzi yüksәk rütbәli hәrbçilәrinin zәrәrsizlәşdirildiyini, onlardan birinin dә Quru Qoşunları Komandanının müavini Artur Sarkisyan olduğunu açıqlayıb.