Hulusi Akar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib

Özbəkistanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akar bu ölkənin Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

1517095
Hulusi Akar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib

Özbəkistanda səfərdə olan Milli Müdafiə naziri Hulusi Akar bu ölkənin Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Şavkat Mirziyoyev Özbəkistanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri istiqamətində əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. Özbəkistan dövlətinin başçısı son 3 ildə iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qalxdığını diqqətə çatdırıb.

Hulusi Akar qəbula görə təşəkkürünü bildirib, Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını və xoş arzularını çatdırıb.

Görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə edilib, son illərdə müdafiə sahəsində həyata keçirilən birgə tədbirlər planına yekun vurulub.

Danışıqlar zamanı Özbəkistanın və Türkiyənin müdafiə qurumları arasında qarşılıqlı fəaliyyət, hərbi kadrların hazırlanması sahəsində proqramın həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması, regionda təhlükəsizliyin qorunması məsələləri də diqqət mərkəzində olub.

Hülusi Akar gələcəkdə Özbəkistanla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.



Әlaqәli Xәbәrlәr