Prezident İlham Əliyev: "Ermənistan atəşkəsi pozdu"

Azərbaycan Prezidenti “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?” deyib.

1516008
Prezident İlham Əliyev: "Ermənistan atəşkəsi pozdu"

Ermənistan bu gün səhər radələrində qüvvəyə minən atəşkəsi pozdu.
Bunu Azərbaycan Prezident İlham Əliyev xalqa müraciətində deyib. Prezidenti İlham Əliyev müraciətində  ölkəsinin əsirlərin və cənazələrin mübadiləsi üçün atəşkəsə razı gəldiyini, ancaq Ermənistanın bir neçə dəqiqədən sonra atəşkəsi pozduğunu bildirib.
Dövlət başçısı qeyd edib ki, sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir: “Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir.Szə deyirəm, Ermənistanın tərəfdarları. Əgər xilas etmək istəyirsinizsə, Ermənistan dövlətinə deyin ki, torpaqlarımızı tərk etsin. Bir sözünüzlə çıxar".
 İlham Əliyev çıxışında Ermənistanın indiyədək 252 tankının və 6 S-300 raket kompleksinin məhv edildiyini də bildirib.
 Qeyd edək ki, ABŞ Azərbaycan ilə Ermənistanın razılığa gəldiyini elan etdiyi Dağlıq Qarabağdakı müvəqqəti humanitar atəşkəs yerli vaxtla saat 08: 00-da qüvvəyə minib. 
08:05-də Ermənistan ordusu atəşkəsi pozaraq Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrin mövqeləri düşmən tərəfindən atəşə məruz qalıb.

Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır.

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!



Әlaqәli Xәbәrlәr