Hikmət Hacıyevin xarici kütləvi informasiya vasitələrinə xəbərdarlığı

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın saxta videolarla Azərbaycana istiqamətli təxribatlarını davam etdirdiyini bildirib.

1516087
Hikmət Hacıyevin xarici kütləvi informasiya vasitələrinə xəbərdarlığı

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın saxta videolarla Azərbaycana istiqamətli təxribatlarını davam etdirdiyini bildirib. 

H. Hacıyev "Ermənistan əsgərlərindən və PKK terrorçularından istifadə edərək erməni mülki əhaliyə qarşı müharibə günahı işləyib təxribat vasitəsilə Azərbaycanı məsul göstərməyə cəhd edir" deyib.

Hacıyev Ermənistanın Dağlıq Qarabağa Suriya və İraqdan götürülən terror təşkilatı PKK üzvü terrorçuları yerləşdirilməsinə və həmin terrorçulara Azərbaycan hərbi forması geyindirilməsinə münasibət  bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistan Müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan Müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir”.

Hadrut rayonu ərazisində guya iki erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan Müdafiə Nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi forması geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”.



Әlaqәli Xәbәrlәr