Ermənistan Dağlıq Qarabağa Azərbaycan hərbi formasında PKK terrorçuları gətirib

Ermənistanın Dağlıq Qarabağa Suriya və İraqdan apardığı PKK terrorçularına Azərbaycan hərbi forması geyindirdiyi öyrənilib.

1515687
Ermənistan Dağlıq Qarabağa Azərbaycan hərbi formasında PKK terrorçuları gətirib

Ermənistanın Dağlıq Qarabağa Suriya və İraqdan apardığı PKK terrorçularına Azərbaycan hərbi forması geyindirdiyi öyrənilib.
Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, PKK terrorçularından ibarət qruplar Dağlıq Qarabağın Şuşa şəhərinə yerləşdirilib.

Məlumata görə, sözügedən PKK terrorçularının Azərbaycan hərbi forması geyindiklərinə diqqət çəkən mənbələr, ermənilərin əsl Azərbaycan əsgərlərində bu şəkildə çaşqınlıq yaratmağı hədəflədiklərini və həmin terrorçular öldürüldükdə Azərbaycan ordusu tərəfindən Suriyadan gətirilən muzdlu olduqlarını iddia edəcəklərini bildirirlər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Ermənistanın Dağlıq Qarabağdakı cəbhə xəttində PKK terrorçularından istifadə etdiyini deyib. Azərbaycan ordusunun torpaqlarını xilas etmək üçün başlatdığı hərbi əməliyyatda əsir düşən erməni əsgəri Albert Mikaelyan da PKK terrorçularının Dağlıq Qarabağdakı erməni sıralarında vuruşduğunu etiraf edib və bu terrorçuların bunun qarşılığında 600 dollar maaş aldığını etiraf edib.



Әlaqәli Xәbәrlәr