Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat edib

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı cinayət əməllərini davam etdirir.

1515080
Gəncədə raket atəşi nəticəsində yaralananlardan daha biri vəfat edib

 17.10.2020-ci il tarixdə Ermənistan ordusu tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı cinayət əməllərini davam etdirir.

24.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 10 radələrində Erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olmuşdur.

Bundan başqa, bu gün Bakı vaxtı ilə saat 09 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.



Әlaqәli Xәbәrlәr